Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 159,4 milyon manat təşkil edib.
Azərbaycana ən çox hansı ölkələrdən valyuta gəlib? – SİYAHI
FED.az DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18 % artaraq 1 milyard 068,831 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,4 % artaraq 2 milyard 912,714 milyon manat, aksizlər üzrə daxilolmalar 38,8 % artaraq 147,604 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 28,1 % azalaraq 30,251 milyon manat olub. (Report)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.