2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları məlum olub.
Azərbaycan əhalisi avtomobil alışını artırır - 900 MİLYONDAN ÇOX VALYUTA XARİCƏ AXIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, bəhs olunan dövrdə Azərbaycan ən çox məhsul İtaliyaya ixrac edib.
7 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliyadan sonra Türkiyə və Yunanıstan qərarlaşıb. İtaliyaya ixracın dəyəri 9 332.6 milyon ABŞ dolları, Türkiyəyə 3 423.06 milyon dollar, Yunanıstan isə 946.238 milyon dollar olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.