Azərbaycanda gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə ƏDV ləğv olunub.
Gömrük əməliyyatının sadələşməsi ilə bağlı - NAZİRLƏR KABİNETİNDƏN QƏRAR
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli, 168 nömrəli Qərarının 1.1-ci bəndi ilə nəzərdə tutulan ƏDV yığımı ləğv edilib.
Qərarın 1.1-ci bəndində gömrük yığımlarının məbləğlərinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlandığı və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən etdiyi deyilir.
Belə ki, məsələn dəyəri min manatadək olan malların rəsmiləşdirilməsinə görə gömrük yığımı 15 manat + 18%, yəni 2,7 manat ƏDV təşkil edir, malı gətirən şəxs ümumilikdə 17,7 manat ödəməli idi. Dəyəri 10 min manatadək olan mallara görə gömrük yığımı 60 manat təşkil edir və üstəgəl 18 faiz ƏDV hesablansa, bu məbləğ 70,8 manata çatırdı. Gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə ƏDV ləğv olunduğundan, Azərbaycana məsələn, min manatadək və ya on min manatadək dəyərdə mal gətirən şəxs müvafiq olaraq yalnız 15 və 60 manat gömrük yığımı ödəyir.
Xatırladaq ki, 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikası Hesablama Palatasının təklifinə əsasən məhz gömrük yığımları ilə bağlı 18 faiz ƏDV tutulması dayandırılıb.
Gömrük yığımları özlüyündə qüvvədə qalmağa davam edir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az