Nazirlər Kabineti 2013-cü il 12 iyul tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları”nda dəyişiklik edib.
Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi - QAYDASI DƏYİŞİB
FED.az xatırladır ki, bu Qaydalar Gömrük Məcəlləsinin 168.1-ci maddəsinə əsasən hazırlanıb və icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması qaydalarını müəyyən edir.
Yeni qərara əsasən əməliyyatların uçotu indiyədək olduğu kimi təkcə kağız üzərində yazılı formada deyil, həm də elektron framada aparıla bilər.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az