Yanvar-sentyabr aylarında 41 milyon 71,16 min dollar dəyərində 45 min 645,57 ton düyü idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, idxal göstərciləri məbləğ ifadəsi ilə 4 milyon 682,2 min dollar (12,9%), miqdar ifadəsi ilə 2 603,78 ton (6%) artıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricdən 36 milyon 388,96 min ABŞ dolları dəyərində 43 min 042,79 ton düyü idxal edilmişdi.
Beləliklə bir ton düyünün idxal qiyməti bu il 900 dollar, ötən ilin müvafiq dövründə 845 dollar təşkil edib. Bu göstərici son bir ildə 55 dollar, başqa sözlə 6,4% artıb.
Xatırladaq ki, cari ilin ilk 9 ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,33%-nə bərabər olub. 2022-ci ilin eyni dövründə isə bu göstərici 0,35% idi.