2024-cü ilin yanvar ayında Azərbaycana 5 milyon 442 min dollar dəyərində 1 022 ton kərə yağı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 347 min dollar yəni 6% azalıb, miqdar ifadəsi ilə təxminən 102 ton (11,1%) artıb.
Ötən ilin müvafiq dövründə 5 milyon 789 min dollar məbləğində 920 ton kərə yağı gətirilib.
1 ton kərə yağının idxal qiyməti bu il 5 332 dollar, ötən ilin eyni dövründə isə 6 291 dollar təşkil edib. Qiymətlərdə 969 dollar və ya 15,4% ucuzlaşma qeydə alınıb.
Bu da o deməkdir ki, bir kq kərə yağının idxalı cari ilin yanvar ayında 9,05 manat, ötən iln müvafiq dövründə isə 10,70 manata başa gəlib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən kərə yağının dəyəri Azərbaycanın ümumi idxalının 0,48%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə kərə yağı Azərbaycanın ümumi idxalının 0,41%-nə bərabər olub.