2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 78 milyon 556 min dollar dəyərində 38 min 287 ton ət idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 6 milyon 354 min dollar yəni 8,8% artıb , miqdar ifadəsi ilə təxminən 61 min ton ( 0,2%) azalıb.
Ötən ilin müvafiq dövründə 72 milyon 202 min dollar məbləğində 38 min 348 ton ət gətirilib.
1 ton ətin idxal qiyməti bu il 2 052 dollar, ötən il isə 1 883 dollar təşkil edib. Qiymətlərdə 169 dollar və ya 9% bahalaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə idxal edilən ətin dəyəri Azərbaycanın ümumi idxalının 0,50%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə ətin idxalı Azərbaycanın ümumi idxalının 0,56%-nə bərabər olub.