Prezident İlham Əliyev «Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 2016-cı il 4 mart tarixində imzaladığı 1853 nömrəli Sərəncamında dəyişiklik edib.
Gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri dəyişir - SİYAHI
FED.az xəbər verir ki, dəyişiklik ölkəyə qida məhsullarının gətirilməsi zamanı idxalçıdan tələb olunan sənədlərə aiddir.
Belə ki, sərəncamın 2.4-cü maddəsinə edilən dəyişikliyə görə, indiyədək malların idxalı zamanı digər sənədlərdə yanaşı, Gömrük Komitəsinə (1) qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, (2) onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış» sənədləri təqdim edilirdi. Sərəncamdan sonra isə bu siyahı dəyişdirilib.
Hazırda həmin proses zamanı gömrük orqanlarına (1) sənədlər, (2) “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, (3) Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, (3) sağlamlıq sertifikatı, (4) qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlər təqdim edilməlidir.
Sərəncamın 2.5-ci bəndinə də dəyişiklik edilib. Belə ki, indiyədək qida məhsullarının idxalı zamanı gömrük orqanlarına (1) qida təhlükəsizliyi sertifikatı, (2) onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış təqdim edilməli idi.
İndi isə idxalçılardan (1) “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, (2) Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, (3) qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlər tələb olunacaq.
Sərəncama əsasən bu dəyişikliklər 2023-cü il yanvarın 1-dən tətbiq edilir.