Gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri dəyişib.
Gömrük sədri: "Büdcəyə nəzərdə tutulandan 1 milyard manat artıq vəsait toplanıb" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri aşağıdakı kimi müəyyən edilir:
Kredit təşkilatları |
Bir qarantiya üzrə öhdəliyin maksimum həddi (reyestrə daxil edilən tarixə kredit təşkilatının məcmu və nizamnamə kapitalına nisbətən faizlə) |
Qüvvədə olan qarantiyalar üzrə öhdəliklərin maksimum həddi (reyestrə daxil edilən tarixə kredit təşkilatının məcmu və nizamnamə kapitalına nisbətən faizlə) |
Bank |
məcmu kapitalın 1 faizindən çox olmamaqla |
məcmu kapitalın 10 faizindən çox olmamaqla |
Bank olmayan kredit təşkilatları |
nizamnamə kapitalının 0,5 faizindən çox olmamaqla |
nizamnamə kapitalının 3 faizindən çox olmamaqla |
Bundan əvvəl gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri aşağıdakı kimi müəyyən edilimişdi:
Kredit təşkilatlarının nizamnamə kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi minimum nizamnamə kapitalından |
Banklar |
Bank olmayan kredit təşkilatları |
|
bir qarantiya üzrə öhdəlik, ABŞ dollarına ekvivalent məbləğ ilə |
bütövlükdə belə qarantiyalar üzrə öhdəlik, ABŞ dollarına ekvivalent məbləğ ilə |
bir və ya bir neçə qarantiya üzrə öhdəlik, ABŞ dollarına ekvivalent məbləğ ilə |
|
2,0 dəfə çox olduqda |
1,0 milyon |
2,0 milyon |
150,0 min |
1,5 dəfə çox olduqda |
500,0 min |
1,0 milyon |
100,0 min |
1,0 dəfə çox olduqda |
250,0 min |
500,0 min |
50,0 min |