Azərbaycana xaricdən gətirilən dəmir armaturlar və şüşə listlər üçün müvəqqəti əlavə gömrük yığımları müəyyənləşib.
Bəzi məhsullar üçün idxal-ixrac gömrük rüsumunun müddəti uzadılıb - YENİ QƏRAR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların (dəmir armaturlar) 1 tonu üçün 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.
Bu Qərar 2026-cı il 2 yanvar tarixindən tətbiq edilir və 2026-cı il 30 iyun tarixinədək qüvvədədir.
Qeyd edək ki, bu halda İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədi ilə xammal kimi idxal istisna olacaq.









