“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Azərbaycan Nazirlər Kabinetinin 500 nömrəli Qərarında dəyişik edilməsi ilə bir sıra məhsullar üzrə qüvvədə olan idxal gömrük rüsumlarının dərəcələrinin 2025-ci ildə bitməsinə görə (bəzi malların idxal gömrük rüsumundan azadolmalar, bəzi məhsullar üzrə isə spesifik idxal və ixrac gömrük rüsumlarının tətbiqi) həmin rüsum dərəcələrinin qüvvədə olma müddətinin uzadılması nəzərdə tutulur. Qərardakı mal qrupları ət məhsulları, süd məhsulları, tərəvəz, meyvə, meyvə və tərəvəz şirəsi, meyvəli içkilər, tütün, dəri məhsulları, tikinti materialları (alçıpan, daş yunu), hava filtri, keramika məhsulları və s. əhatə edir.









