2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 24 milyon 936 min dollar dəyərində 14 min 261 ton ət idxal olunub.
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 21 milyon 144 min dollar dəyərində 12 min 239 ton ət idxal olunmuşdu. Beləliklə, ət idxalı dəyər ifadəsilə 1,2 dəfə (17,9%), miqdar ifadəsilə 1,2 dəfə (16,5%) artıb. Başqa sözlə idxal göstəricilərində dəyər ifadəsi ilə 3 milyon 792 min dollar, miqdar ifadəsi ilə 2 min 22 ton artım müşahidə edilib.
Bir ton ətin orta idxal qiyməti 2022-ci ilin 4 ayında 1727 dollar ikən, 2023-cü ilin 4 ayında 1748 dollar olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.