Azərbaycana idxal edilən inşaat kərpicləri üçün gömrük rüsumu dəyişib.
Bəzi məhsullar üçün idxal-ixrac gömrük rüsumunun müddəti uzadılıb - YENİ QƏRAR, SİYAHI
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Beləliklə, 31 dekabr 2025-ci il tarixədək ölkəyə idxal olunan inşaat kərpiclərinin 1000 ədədi üçün 15 ABŞ dolları gömrük rüsumu tətbiq olunub. Dəyişikliyə əsasən, 1 yanvar 2026-cı ildən 31 dekabr 2028-ci ilədək idxal olunan inşaat kərpiclərinin 1000 ədədi üçün 20 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.









