2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrdən 1 milyon 842 min ABŞ dolları dəyərində 3 min 348 ton xiyar idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 156,9 min dollar və ya 9,3%, miqdar baxımından isə 298 ton və ya 9,8% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında 1 milyon 685 min dollar dəyərində 3 050 ton xiyar idxal edilib.
1 ton xiyarın idxal qiyməti hesabat dövründə 550 dollar, əvvəlki il isə 552 dollar, təşkil edib. Qiymətlərdə son bir ildə 2 dollar, yəni 4 manat ucuzlaşma baş verib.
Bu da o deməkdir ki 1 kq xiyarın idxalı hesabat dövründə 0.93 manat, 2022-ci ildə 0.94 m9anat təşkil edib.
2023-cü ilin yanvar-dekabr aylarında isə Azərbaycan xarici ölkələrə 4 milyon 396 min ABŞ dolları dəyərində 3 min 649 ton xiyar ixrac edib.
Bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 151,9 min dollar və ya 3,6%, həcm baxımından isə 537 ton və ya 17,2% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında 4 milyon 244 min dollar dəyərində 3 min 113 ton xiyar ixrac edilib.
1 ton xiyarın ixrac qiyməti 2023- ildə 1 205 dollar, əvvəlki il isə 1 363 dollar təşkil edib. Qiymətlərdə 159 dollar (11,7%) azalma baş verib.
Bu da o deməkdir ki, 1 kq xiyarın ixracı 2,05 manata, 2022-ci ildə isə 2,32 manata başa gəlib.