2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrdən 36 milyon 659 min ABŞ dolları dəyərində 50 min 558ton banan idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 617,8 min dollar və ya 1,7%, miqdar baxımından isə 1 434 ton və ya 2,8% azdır.
Belə ki, 2022-ci ilin yanvar-dekabr aylarında xaricdən Azərbaycana 37 milyon 277 min dollar dəyərində 51 min 993 ton banan gətirilmişdi.
Nəticədə xaricdən idxal olunan 1 ton bananın qiyməti 2023-cü ildə 725 dollar, 2022-ci ildə isə 717 dollar olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 8 dollar (1,1%) bahalaşıb.
Başqa sözlə bananın 1 kiloqramının idxal qiyməti 2022-ci ildə 1,22 manat olduğu halda, 2023-cü ildə 1,23 manata yüksəlib.