2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 4 milyon 896 min ABŞ dolları dəyərində 212 min 448 ton gips və anhidrit ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 313,2 min dollar və ya 6%, həcm baxımından isə 287 ton və ya 0,1% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 5 milyon 210 min dollar dəyərində 212 min 735 ton gips ixrac edilib.
1 ton gipsin ixrac qiyməti 2023-cü ilin 11 ayı ərzində 23 dollar, əvvəlki il isə 24 dollar təşkil edib. Qiymətlərdə 1 dollar (5,9%) azalma baş verib.
Bu da o deməkdir ki, 1 kq gipsin ixracı hesabat dövründə 0,04 manata, 2022-ci ildə də 0,04 manata başa gəlib.