Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 24,2 milyon dollar dəyərində 312,9 min baş diri qoyun idxal edib.
FED.az bunu Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
İdxal göstəriciləri məbləğ ifadəsi ilə 10,4 milyon dollar (75,1%), miqdar ifadəsi ilə təqribən 145 min ədəd (86,1%) artıb.
Ötən ilin eyni dövründə xarici ölkələrdən 13,8 milyon dollarlıq, 168 min ədədə yaxın qoyun gətirilib.
Bir qoyunun idxal qiyməti 77,4 dollar (132 manat) olub. 2022-ci ilin eyni dövründə isə 82 dollar (140 manat) idi.