Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 2 milyon 128 min dollar dəyərində 2 978 ton kivi idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 38,2 min manat, yəni 1,8%, miqdar ifadəsi ilə təqribən 56 ton (1,9%) çoxdur.
Ötən ilin eyni dövründə ölkəyə 2 milyon 90 min dollarlıq 2 921 ton kivi gətirilib.
Bu da o deməkdir ki, 1 ton kivinin idxal qiyməti təxminən 715 dollar təşkil edib. Ötən ilin eyni dövründə də bu göstərici 715 dollara başa gəlib.