Bu ilin ilk 7 ayında Azərbaycandan 59,8 milyon dollar həcmində 245 min 938 ton metanol ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5,2 milyon dollar və ya 9,6% çoxdur, miqdar ifadəsilə isə 27 min 583 ton, başqa sözlə 10,1% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 54,6 milyon dollar dəyərində 273 min 521 ton metanol ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi metanolun 1 kiloqramının orta ixrac qiyməti 41 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 34 qəpik idi. Bu da illik müqayisədə 7 qəpik və ya 20,6% bahalaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 0,39%-u, qeyri-neft sektoru üzrə ixracın isə 2,86%-i metanolun payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,34% olub.