2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana siqaret idxalı azalıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ölkəyə xaricdən 5 014.3 min ABŞ dollar dəyərində 227.8 milyon ədəd siqaret gətirilib.
Bunun da 469,44 min dollar dəyərində 0,51 milyon ədədi tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və nazik siqarlar,, 4 milyon 540,06 min dollar dəyərində 227,27 milyon ədədi tərkibində tütün olan siqaretlər, 4,83 min dollar dəyərində 0,05 milyon ədədi isə tütün əzedicilərindən hazırlanan siqaretlərdir.
2022-ci ilin 10 ayı ilə müqayisədə siqaret idxalı məbləğ ifadəsində 1milyon 845,8 min dollar və ya 58.3%, miqdar ifadəsində isə 75 milyon ədəd 48.9% artıb.
Ötən ilin eyni dövründə 3 milyon 168,5 min dollar dəyərində 153 milyon ədəd siqaret gətirilib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda siqaret istehsalı 18.3 faiz artıb.
Bu dördə 14 milyard 244,8 milyon ədəd siqaret istehsal olunub. Hazırda 01.12.2023-cü il vəziyyətinə ölkədə 751.9 milyon ədəd hazır siqaret ehtiyatı var.