2024-cü ilin yanvar ayında Azərbaycana 16 milyon 284 min dollar dəyərində 70 min 146 ton buğda məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 27 milyon 139 min dollar yəni 2,6 dəfə, miqdar ifadəsi ilə təxminən 72 min 511 ton ( 2 dəfə) azalıb.
Ötən ilin müvafiq dövründə 43 milyon 423 min dollar məbləğində 142 min 657 ton buğda gətirilib.
1 ton buğdanın idxal qiyməti bu il 232 dollar, ötən il isə 304 dollar təşkil edib. Qiymətlərdə 72 dollar və ya 23,7% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri Azərbaycanın ümumi idxalının 1,43%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə buğdanın idxalı Azərbaycanın ümumi idxalının 3,07%-nə bərabər olub.