Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 13 milyon 487 min dollar dəyərində 4 046 ton şirin və quru peçenye idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 2 miyon 805 min dollar, yəni 26,3%, miqdar ifadəsi ilə təqribən 269 ton (7,1%) çoxdur.
Ötən ilin eyni dövründə ölkəyə 10 milyon 683 min dollarlıq 3 777 ton peçenye gətirilib.
Bu da o deməkdir ki, 1 ton peçenyenin idxal qiyməti təxminən 3 334 dollar (5 667 manat) təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 2 828 dollara (4 808 manata) başa gəlib. Satış qiyməti son bir ildə 505 dollar, yəni 17,9% bahalaşıb.