Bu ilin ilk 7 ayında Azərbaycandan 118,5 milyon dollar həcmində 41 min 765 ton alüminium ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 328 min dollar və ya 0,3% azalıb, miqdar ifadəsilə isə 2 min 698 ton, başqa sözlə 6,1% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 118,9 milyon dollar dəyərində 44 min 463 ton alüminium ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 tonunun orta ixrac qiyməti 4 825 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 547 manat idi. Bu da illik müqayisə ilə 278 manat və ya 6,1% bahalaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 0,78%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,68%-i alüminiumun payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,74% olub.