Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2% artaraq 969,2 mln. ABŞ dolları təşkil edib.
Bu barədə FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”na istinadən xəbər verir.
Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 201 mln. ABŞ dolları təşkil edib.
Aqrar məhsulları isə 7,1% artaraq 768,2 mln. ABŞ dolları olub.