Bu ilin yanvar ayında Azərbaycana 26,6 milyon dollar dəyərində oduncaq və ondan hazırlanan məmulatlar idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, oduncaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,7 milyon dollar və ya 20,2% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycana 33,3 milyon dollar dəyərində oduncaq məhsulları gətirilmişdi.
Bu il yanvar ayında ümumi idxalın 2,04%-i oduncaq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,62% idi.










