Yanvar-sentyabr aylarında 10 milyon 320,3 milyon dollar dəyərində 8 018,95 ton nar ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 6 milyon 592,29 min dollar (2,8 dəfə), dəyər ifadəsi ilə 5 646,01 ton (3,4) dəfə artıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricə 3 milyon 78,010 min ABŞ dolları dəyərində 2 372,94 ton nar ixracı edilmişdi.
Beləliklə bir ton narın ixrac qiyməti bu il 1287 dollar, ötən ilin müvafiq dövründə 1571 dollar təşkil edib. Bu göstərici son bir ildə 284 dollar, başqa sözlə 18,1% azalıb.