Bu ilin ilk 11 ayında Azərbaycana 132,2 milyon dollar dəyərində mebel və onun hissələri idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, mebel idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17,9 milyon dollar və ya 11,9% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 150,1 milyon dollar dəyərində mebel idxal olunmuşdu.
Bu il 11 ayında ümumi idxalın 0,62%-i mebelin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,80% təşkil edirdi.










