Bu ilin ilk 11 ayında Azərbaycana 342,6 milyon dollar dəyərində oduncaq və ondan hazırlanan məmulatlar idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, oduncaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 27,5 milyon dollar və ya 7,4% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 370 milyon dollar dəyərində oduncaq məhsulları gətirilmişdi.
Bu il 11 ayında ümumi idxalın 1,62%-i oduncaq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,97% idi.










