Yanvar-sentyabr aylarında 67 milyon 193,63 min dollar dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, idxal göstərciləri məbləğ ifadəsi ilə 13 milyon 766,94 min dollar (17%), miqdar ifadəsi ilə 1 977,75 ton (14,1%) azalıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricdən 80 milyon 960,57 min ABŞ dolları dəyərində 14 min 26,95 ton düyü yağ idxal edilmişdi.
Beləliklə bir ton yağın idxal qiyməti bu il 5 577 dollar, ötən ilin müvafiq dövründə 5 772 dollar təşkil edib. Bu göstərici son bir ildə 195 dollar, başqa sözlə 3,4% azalıb.
Xatırladaq ki, cari ilin ilk 9 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 0,53%-nə bərabər olub. 2022-ci ilin eyni dövründə isə bu göstərici 0,79% idi.