2023-cü ilin yanvar- dekabr aylarında Azərbaycana 70 milyon 557 min dollar dəyərində 13 min 676 ton çay idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4 milyon 912 min dollar (6,5%), miqdar ifadəsi ilə 730 ton (5,1%) azalıb.
2022-ci ilin ilk 12 ayında ərzində Azərbaycana 75 milyon 469 min dollar dəyərində 14 min 406 ton çay idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən çayın 1 tonun idxal qiyməti 5 159 dollar təşkil edib. Bu göstərici son bir ildə 80 dollar (1,5%) azalıb. Ötən ilin eyni dövründə 1 ton çayın idxalına çəkilən xərcin dəyəri 5 239 dollar olub.
Yəni 1 kq çayın idxal dəyəri 2023-cü ildə 8,77 manat, 2022-ci ildə isə 8,91 manat olub.
Xatırladaq ki, 2023-cü ildə çay idxalı Azərbaycanın ümumi idxalının 0,41%-nə bərabər olub. 2022-ci ilin eyni dövründə isə bu göstərici 0,52% idi.