Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 222 milyon 777 min dollar təşkil edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 246 milyon 787 min dollar və ya 52,5% (2,1 dəfə) azdır.
Hesabat dövründə ölkədən Fransaya ixrac 63 milyon 387 min dollar təşkil edib ki, bu da illik 64 milyon 271 min manat 50,3% (2 dəfə) azdır . Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 159 milyon 390 min dollar olub. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 182 milyon 516 min dollar və ya 53,4% (2,1 dəfə) azdır.