2024-cü ilin ilk 8 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 26,9 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət 4,5 milyard dollar və ya 12,7% azalıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azalmanın səbəbi ölkədən ixracın aşağı düşməsidir.
Bu ilin 8 ayında ixracın həcmi cəmi 18,2 milyard dollar olub ki, bu da ötən ilin enyi dövrü ilə müqayisədə 6,2 milyard dollar və ya 25,4% aşağıdır.
Hesabat dövründə idxal isə təqribən 1,6 milyard dollar, başqa sözlə 14,3% artaraq 12,8 milyard dollara çatıb.
Nəticədə ilk 8 ayda xarici ticarətdə müsbət saldo ötənilki 13,2 milyard dollardan 2,4 dəfə, başq sözlə 7,7 milyard dollar azalaraq 5,5 milyard dollara düşüb.