2023-cü ildə Azərbaycana ərzaq məhsullarının idxalı 2022-ci illə müqayisədə 8,6% - $2 milyard 160 milyon 158,36 minədək azalıb.
Ötən il Azərbaycan xaricdən 87 milyon dollara yaxın - ƏT ALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 1 milyon 175 min 341,03 ton (azalma 9,1%) buğdanın ($303 milyon 983,15 min), 73 min 62,02 ton (azalma 3,7%) qarğıdalının ($20 milyon 825,12 min), 54 min 591,65 ton (artım 8,7%) düyünün ($50 milyon 85,61 min), 13 min 375,95 ton (azalma 7,2%) çayın ($70 milyon 556,99 min), 352 min 882,32 ton (azalma 6,7%) meyvə-tərəvəz məhsullarının ($229 milyon 914,14 min), 41 min 707,69 ton (azalma 6,4%) ətin ($86 milyon 738,82 min), 147 min 287,12 ton (azalma 14,3%) bitki və heyvan mənşəli yağların ($183 milyon 676,38 min) payına düşüb.
Azərbaycana $92 milyon 416,38 min dəyərində 16 min 596,52 ton kərə yağı (azalma 10,6%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 12,51%-i ərzaq məhsullarının payına düşüb. (İnterfaks-Azərbaycan)