2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycan 2 milyon 142.81 min dollar dəyərində 239.9 ton çay ixrac edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məbləğ baxımından 36.2% və ya 1 milyon 216.87 min dollar, həcm baxımından isə 296.41 ton və ya 55% azdır.
Qeyd edək ki, hesabat dövründə ixrac edilən çayın hər tonunun orta qiyməti 42.6% artaraq 8932 dollara bərabər olub. Ötən ilin müvafiq dövründə bu göstərici 6264 dollara bərabər idi.
Xatırladaq ki, cari ilin ilk 4 ayında çayın ümumi ixracda xüsusi çəkisi 0.02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.18%-ə bərabər olub. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az