Bu ilin ilk 9 ayında Azərbaycana 389 milyon dollar (661,3 milyon manat) həcmində 13 min 514 ton əczaçılıq məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,3 milyon dollar (5,6 milyon manat) və ya 0,8% azalıb, miqdar ifadəsilə isə 2 min 592 ton, başqa sözlə 16,1% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 393,1 milyon dollar (668,3 milyon manat) dəyərində 16 min 106 ton əczaçılıq məhsulu idxal olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının 1 kiloqramının orta idxal qiyməti 48 manat 91 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 41 manat 50 qəpik idi. Bu da illik müqayisə ilə 7 manat 41 qəpik və ya 17,9% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi idxalın 2,32%-i əczaçılıq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,68% olub.