2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 135 milyon 111 min dollar dəyərində 50 min 443 ton alüminium ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 185,1 min dollar və ya 0,1% artıb , miqdar ifadəsilə 566 ton və ya 1,1% azalıb.
2023-cü ilin 8 ayında isə Azərbaycandan 134 milyon 926 min dollar dəyərində 51 min 9 ton alüminium ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 kiloqramının orta ixrac qiyməti 4,55 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 4,50 manat idi (illik 5 qəpik və ya 1,3% bahalaşma).
Bu il ümumi ixracının 0,74%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 6,20%-i alüminiumun payına düşüb.