2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 11 milyard 409 milyon 531.09 min ABŞ dolları dəyərində 20 milyard 420 milyon 595.61 min m3 təbii qaz ixrac edilib.
FED.az bu barədə Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracı dəyər ifadəsi ilə 692 milon 985,010 min dollar (5,7%) azalıb, miqdar ifadəsi ilə 3 milyard 867 milyon 823,34 min m3 (23,4%) artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında xaricə qaz ixarcı 20 milyard 420 milyon 595,61 min dollar dəyərində 16 milyard 552 milyon 772,27 min m3 təşkil edib.
Hər min kub metrə çəkilkən xərc hazırkı dövrdə 559 dollar, keçən ilin müvafiq dövründə 731 dollar olub. Bu göstərici də son bir ildə 172 dollar və ya 23,6% azalıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 43,07%-i qaz ixracının payına düşüb.
2022-ci ilin yanvar-sentyabr aylarında isə bu göstərici 41% təşkil edib.