Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə 12 milyon 642 min dollar dəyərində 180,55 ton yod ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
İxrac göstəriciləri dəyər ifadəsi ilə 2 milyon 640 min manat ( 26,4%) dəyər ifadəsi ilə 39,29 ton (27,8%) artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında 141,26 ton yod ixrac edilmişdi ki, ixracdan ümumilikdə 10 milyon 2 min dollar gəlir əldə edilmişdi.
1 ton yodun ixrac dəyəri bu il 70 min 19 dollara başa gəlib. Ötən il isə bu göstərici 70 min 805 dollar olub.