Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 266,9 milyon dollar dəyərində 1 milyon 3 min 347 ədəd smartfon ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ixrac göstəriciləri məbləğ ifadəsində 154,1 milyon manat, yəni 2,4 dəfə, miqdar ifadəsi ilə təqribən 503 min ədəd (2 dəfə) çoxdur.
Ötən ilin eyni dövründə ölkəyə 112,8 milyon dollarlıq 500,6 min ədəd smartfon gətirilib.
Bu da o deməkdir ki, 1 ədəd smartfonun ixrac qiyməti təxminən 266 dollar, ötən ilin eyni dövründə 225 dollara başa gəlib.