Cari ilin birinci yarısında “Azəralüminium” MMC 98,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,3 milyon dollar və ya 46,7 faiz çoxdur.
Mis ixracından gəlirlər 11 dəfə artıb – 135 MİLYONU ÖTÜB
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın iyul sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 67 milyon dollar olub.














