Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.
Gömrük Məcəlləsində dəyişiklik: 4 ildən köhnə avtomobillər üçün - Utilizasiya haqqı alınacaq
FED.az xəbər verir ki, indiyə qədər qüvvdə olan qərara əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınıb.
Dəyişikliyə əsasən, bu gömrük yığımına dair maddə ləğv edilib.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.