Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndinə əsasən Gömrük Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda təsdiq edib.
Azərbaycana gətirilən avtomobillərlə bağlı - YENİ QAYDALAR - ƏLAVƏ HAQQ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 828-VIQD nömrəli Qanununun 224.1-ci maddənin birinci abzasına “Dövlət rüsumu haqqında” sözlərindən sonra“, “Tullantılar haqqında” sözləri əlavə edilir.
Digər dəyişikliklə, 233-1-ci maddəyə əlavə edilir. Belə ki, minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.
Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.