ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan ağac və bir sıra ağac məmulatlarına gömrük rüsumlarının tətbiqi barədə göstəriş verib.
ABŞ dərmanların idxalına 100% rüsum tətbiq edəcək
FED.az xəbər verir ki, müvafiq sənədləri Ağ Evin mətbuat xidməti dərc edib.
Məlumata görə, ağac idxalına, o cümlədən iynəyarpaqlı ağaclara malın dəyərinə mütənasib olaraq 10 % rüsum tətbiq olunacaq. Bəzi mebel növlərinə, o cümlədən mətbəx mebellərinə 25 % tariflər tətbiq ediləcək.
Yeni tədbirlər oktyabrın 14-dən qüvvəyə minəcək. Tariflər 2026-cı il yanvarın 1-dən sonra artırıla bilər.
Avqustun 22-də Tramp Vaşinqton administrasiyasının digər ölkələrdən ABŞ-yə mebel idxalı ilə bağlı araşdırma apardığını açıqlayıb. Prezident o vaxt deyib ki, araşdırmalardan sonra bu məhsullara tariflər tətbiq olunacaq. Dövlət başçısı əmin olduğunu bildirib ki, bu, mebel biznesini Şimali Karolina, Cənubi Karolina, Miçiqan və digər ştatlara qaytaracaq.
ABŞ-yə ən böyük mebel ixracatçıları Vyetnam, Kanada, Çin və Meksikadır. (Report)