2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 13 milyard 413 milyon 760,12 min kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,6% çoxdur.
Ekspert qazın qiymətini - 1000 Dollardan Yuxarı Proqnozlaşdırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 43%-i (2022-ci ilin yanvar-iyul aylarında 36,43%-i) qaz ixracının payına düşüb.
Azərbaycan qazının ixrac dəyəri $8 milyard 934 milyon 144,16 min (artım 8,7%) təşkil edib.
DGK Azərbaycan qazının ixrac olunduğu ölkələrin sıralamasını dərc etmir.
DGK tərəfindən ixrac statistikası bəyannamə əsasında aparılır. Satılmış qaza dair bəyannamə onun boru kəmərləri ilə nəqli zamanı deyil, real satışı həyata keçirildikdən sonra təqdim olunur.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Rumıniyaya qaz ixracı isə 2023-cü il yanvarın 1-dən etibarən həyata keçirilir.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir. (İnterfaks-Azərbaycan)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.