"Son iki ildə şirkətimiz həftəlik planlamaya keçib”.
Eləcə də bax: İlin sonunda SOCAR Türkiyənin gəliri 1 mlrd dollara - ÇATACAQ
FED.az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib.
O bildirib ki, indiki dövr üçün bazarda nə baş verəcəyini demək mümkün deyil:
“Artıq illik və ya aylıq planlama etmək öz səmərəsini verməyə bilir. Həmçinin pandemiya ilə əlaqədar digər sektorlar üzrə proseslər də enerji sektoruna təsir edir. Hazırda bunların hamısını nəzərə alırıq. Güclü bir komandamız var və yaxşı işlər görmüşük, bundan sonra da görəcəyik”.
Şirkətin baş direktoru qeyd edib ki, bu gün dünya trendləri izlənilir və ona uyğun yatırımlar edilir:
“Hazırda davamlı inkişaf məsələlərinə də xüsusi diqqət yetirilir. Mövcud iqtisadi vəziyyətlə əlaqədar hər bir şirkətin davamlı inkişaf proqramının olması vacib hesab olunur”.