"Bu ilin sonunda SOCAR Türkiyənin gəliri (ebitda)1 mlrd dollara çatacaq"
Fed.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Enerji A.S"nin baş icraçı direktoru Zaur Qəhramanov son iki il üzrə keçirilən hesabat tədbirində deyib.
Z.Qəhrəmanov bildirib ki, 750 mln. dollarlıq bir qazanc proqnozlaşdırılsa da, ilin sonuna 1 mlrd. qazancımız olacaq.
O bildirib ki, ümumilikdə yatırılan investisiyaların, xüsusən də zavod tikintisi ilə bağlı investisiyaların geri dönüm müddəti 8-12 ildir: "Boru tikintisində bu rəqəm daha coxdur. Türkiyədə olan proseslər o qədər də qorxulu deyil, çünki satışlar gündəlik kurslar əsasında həyata keçirilir. Hazırda isə qlobal iqtisadi risklərdən daha çox çəkinirəm".