Yaponiyanın ikinci ən böyük neft emalı zavodu "Idemitsu Kosan" Ukraynadakı hərbi əməliyyatlara görə Rusiya neftini almaqdan imtina edəcək.
Eləcə də bax: Yaponiya Rusiyanın baş nazirinə sanksiya - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü korporasiyanın rəhbəri Şun'içi Kito məlumat verib.
“Biz keçmişdə Rusiya nefti idxal etmişik, lakin gələcəkdə idxal etməyəcəyimizi açıqlayırıq”, - NHK onun sözlərindən sitat gətirib. Eyni zamanda, Kito Rusiya Federasiyasından neft tədarükündən imtina üçün konkret şərtləri qeyd etməyib.
İndiyədək "İdemitsu Kosan"ın ümumi alış həcmində Rusiya neftinin payı təxminən 4% təşkil edirdi. İndi şirkət alternativ təchizatçılar axtarır.
Yeddilik Qrupu (G7) Rusiyanın enerji idxalından asılılığını mərhələli şəkildə dayandırmağa söz verib. (Marja)