Azərbaycandan bu ilin yanvar ayında Rumıniyaya 197 min ton neft ixrac edilib. FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Rumıniyaya ixrac edilmiş neftin dəyəri isə 93,7 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 12,5 min ton (6,8%) artım, dəyərində isə 11,1 milyon dollar (10,6%) azalma baş verib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycan Rumıniyaya 104,8 milyon dollar dəyərində 184,5 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Rumıniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 808 manat olub ki, bu da 2025-ci ilin müvafiq göstəricisinə görə 158 manat (16,3%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 966 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Rumıniya 2026-cı ildə 2-ci, 2025-ci ildə isə 6-cı yerdə olub.










