Azərbaycandan bu ilin yanvar ayında Portuqaliyaya 93 min 590 ton neft ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Portuqaliyaya ixrac edilmiş neftin dəyəri isə 44,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 122,4 min ton (1,7 dəfə), dəyərində isə 64,7 milyon dollar (1,5 dəfə) azalma baş verib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycan Portuqaliyaya 109,1 milyon dollar dəyərində 216 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Portuqaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 805 manat olub ki, bu da 2025-ci ilin müvafiq göstəricisinə görə 54 manat (6,3%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 859 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Portuqaliya 2026-cı ildə 3-cü, 2025-ci ildə isə 5-ci yerdə olub.










