Azərbaycandan bu ilin yanvar ayında Xorvatiyaya cəmi 86 min 166 ton neft ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Xorvatiyaya ixrac edilmiş neftin dəyəri isə 40,8 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 252,8 min ton (3,9 dəfə), dəyərində isə 147,4 milyon dollar (4,6 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycan Xorvatiyaya 188,2 milyon dollar dəyərində 339 min tona yaxın neft ixrac etmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Xorvatiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 805 manat olub ki, bu da 2025-ci ilin müvafiq göstəricisinə görə 139 manat (14,7%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 944 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Xorvatiya 2026-cı ildə 5-ci, 2025-ci ildə isə 4-cü yerdə olub.










